“Uber” azarkeşlərə endirim təklif edir

"Uber" 2026-cı il FIFA Dünya Kuboku zamanı azarkeşlər üçün “Defeat Deals” kampaniyası başladıb. Seçilən komanda turnirdən kənarlaşarsa, istifadəçilər növbəti səfərdə 30% endirim əldə edə bilərlər.

20

“Uber” 2026-cı il FIFA Dünya Kuboku zamanı futbol azarkeşləri üçün xüsusi endirim kampaniyası təqdim edib.

MSNews.az xəbər verir ki, “Uber” turnir müddətində istifadəçilərə tətbiq daxilində sevdikləri milli komandanı seçmək və avtomobil ikonunu həmin ölkənin bayrağı ilə fərdiləşdirmək imkanı yaradıb.

New York Post”un məlumatına görə, “Defeat Deals” adlı kampaniya çərçivəsində seçilən komanda turnirdən kənarlaşarsa, azarkeşlər növbəti “Uber” səfərində 30% endirim əldə edəcəklər. Endirimin maksimum məbləği 7 dollarla məhdudlaşır.

Fast Company” də bildirir ki, bu təklif ABŞ və Kanadadakı istifadəçilər üçün nəzərdə tutulub və mundial dövründə azarkeş təcrübəsini daha interaktiv etmək məqsədi daşıyır.

Sosial şəbəkələrdə kampaniya ilə bağlı zarafatlar da yayılıb. Xüsusilə, Almaniya ilə oyun öncəsi bəzi istifadəçilərin Kürasaonu “seçməyə” başlaması barədə yumorlu paylaşımlar edilib. Almaniya həmin görüşdə Kürasaonu 7:1 hesabı ilə məğlub edib, lakin kampaniya qaydalarına əsasən, endirim komandanın tək oyunda uduzmasına yox, turnirdən kənarlaşdırılmasına bağlıdır.

“Uber” Dünya Kuboku müddətində bəzi şəhərlərdə stadionlardan sonra xüsusi shuttle xidmətləri və Uber Eats üzrə əlavə təkliflər də təqdim edir.