Epşteyn dosyesində Trampın görüntüləri gündəm oldu

Epşteyn dosyelərinin açıqlanmasından sonra 1991-ci ilə aid Donald Trampın modellik yarışmasında hakim kimi iştirakı göstərən arxiv görüntüləri yenidən gündəmdədir.

204

ABŞ-da milyarder Ceffri Epşteyn ilə bağlı dosyelərin ictimaiyyətə açılmasından sonra 1991-ci ilə aid arxiv video yenidən diqqət mərkəzinə düşüb. Bu görüntülər Trampın həmin il keçirilən bir modellik yarışmasında hakimlərdən biri olduğunu göstərir və yenidən müzakirələrə səbəb olub.

ABŞ Ədliyyə Nazirliyinin Epşteynə aid milyonlarla səhifəlik materialı açması xarici mediada geniş rezonans doğurub. Arxiv videosu Tramp ilə Epşteynın 1990-cı illərin əvvəllərində eyni sosietəyə dair məkanlarda bir-biri ilə yaxınlıqda olduğu mövzusunu yenidən gündəmə gətirib.

Xarici KİV-lər həmin görüntülərin Trampın və Epşteynın keçmişdəki sosial əlaqələrinə işıq tutduğunu bildirir. Tramp tərəfi isə yayılan görüntülərin kontekstdən çıxarıldığını və səhv şərh edildiyni vurğulayıb.

Bəzi jurnalistlər və siyasətçilər isə sənədlərin böyük hissəsinin hələ də senzura altında olduğunu iddia edərək daha çox şəffaflıq tələb edirlər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.