Portuqaliya millisi dünya çempionatının “K” qrupunda Özbəkistan üzərində böyükhesablı qələbə qazanıb.
MSNews.az xəbər verir ki, Portuqaliyanın Özbəkistanı 5:0 hesabı ilə məğlub edib. Görüş Hyustondakı NRG Stadiumda keçirilib.
Portuqaliya hesabı 7-ci dəqiqədə Kriştiano Ronaldonun qolu ilə açıb. 17-ci dəqiqədə Nuno Mendeş fərqi artırıb, 39-cu dəqiqədə isə Ronaldo ikinci dəfə fərqlənərək dubl edib.
İkinci hissədə Portuqaliya üstünlüyünü daha da möhkəmləndirib. 60-cı dəqiqədə Abdukodir Xusanov avtoqol müəllifi olub, 88-ci dəqiqədə isə Rafa Leao yekun hesabı müəyyənləşdirib.
Ronaldo bu oyundakı qolları ilə altı fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub.
Bu nəticədən sonra Portuqaliya “K” qrupunda vəziyyətini xeyli yaxşılaşdırıb. Özbəkistan isə ardıcıl ikinci məğlubiyyətdən sonra növbəti mərhələyə çıxmaq şanslarını çətinləşdirib.