“Real Madrid” Konatenin transferinə yaxınlaşır

“Real Madrid”in “Liverpul”dan ayrılan İbrahima Konateni transfer etməyə yaxın olduğu bildirilir. Məlumatlara görə, fransalı müdafiəçi ilə 4+1 illik müqavilə razılaşdırılıb və Joze Mourinyo keçidə müsbət yanaşır.

24

“Real Madrid”in fransalı müdafiəçi İbrahima Konatenin transferinə yaxın olduğu bildirilir.

MSNews.az xəbər verir ki, “AS”ın məlumatına görə, Madrid klubu “Liverpul”dan ayrılan 27 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır və Florentino Peres prezident seçkisində qalib gələcəyi halda keçidin rəsmiləşməsi ehtimalı yüksək qiymətləndirilir. Məlumata əsasən, təklif olunan müqavilə 4 illik anlaşma və daha 1 il uzatma opsiyasından ibarətdir.

Nəşr yazır ki, “Real Madrid” müdafiə xəttini yeniləməyi əsas prioritetlərdən biri kimi görür. Dani Karvaxal və David Alabanın ayrılması, Eder Militaonun uzunmüddətli zədəsi, Antonio Rüdigerin fiziki durumu ilə bağlı suallar və Ferlan Mendinin problemləri klub rəhbərliyini arxa xəttə bir neçə transfer etməyə vadar edir.

Məlumata görə, Joze Mourinyo da Konatenin keçidinə müsbət yanaşır. Portuqaliyalı mütəxəssisin Florentino Peresin yenidən prezident seçiləcəyi halda “Real Madrid”in baş məşqçisi olacağı gözlənilir. “AS” qeyd edir ki, Mourinyo fiziki gücü, hava toplarında üstünlüyü və fərdi mübarizələrdə sərtliyi ilə seçilən müdafiəçilərə üstünlük verir və Konate bu profilə uyğun oyunçu sayılır.

Cadena SER” də Konatenin “Real Madrid” üçün prioritet hədəfə çevrildiyini yazıb. Mənbənin məlumatına görə, klub müdafiə xəttindəki problemlərə görə fransalı futbolçunun keçidini vacib sayır. Mourinyo hesab edir ki, yaxşı mövsümöncəsi hazırlıq Konatenin əvvəlki səviyyəsinə qayıtmasına kömək edə bilər.

Mənbələrə görə, Konatenin Madridə keçidində Kilian Mbappenin də dolayı rolu ola bilər. “AS” yazır ki, Mbappe klub rəhbərliyi ilə qeyri-rəsmi söhbətlərdə Konateni “Real Madrid”in yeni idman layihəsi üçün güclü əlavə kimi gördüyünü bildirib. Hər iki futbolçu Fransa millisində çıxış edir və yaxın münasibətləri ilə tanınır.

Hazırda Madrid klubu dünya çempionatından əvvəl müdafiə transferlərini yekunlaşdırmaq istəyir. Konatenin keçidi Florentino Peresin prezident seçkisinin nəticəsindən, Mourinyonun mümkün təyinatından və futbolçunun Avropa futbolunda qalmaqla daha yüksək maliyyə təklifi arasında hansı seçimi etməsindən asılı olacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930