Özbəkistanda üç yemək rekordu qeydə alındı

Daşkənddə keçirilən “Pepsi Lazzatli Fest” zamanı 2187 lavaş-dönər, 12 648 samsa və 1135 kiloqramlıq lagman hazırlanaraq “Ginnes” rekordları qeydə alınıb.

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Pepsi Lazzatli Fest” qastronomiya festivalı ölkə tarixində eyni tədbir çərçivəsində üç “Ginnesin Rekordlar Kitabı” nəticəsi ilə yadda qalıb.

Daryo” nəşrinin məlumatına görə, festival zamanı aşpazlar planlaşdırılandan daha yüksək nəticə göstərərək 2187 lavaş-dönər hazırlayıb, 12648 ədəd samsa bişirib və çəkisi 1135 kiloqram olan nəhəng lagman hazırlayıblar.

Guinness World Records”un rəsmi məlumatında da 1135 kiloqramlıq lagman rekordu təsdiqlənib. Qurumun məlumatına əsasən, rekord 23 may 2026-cı ildə Daşkənddə, Humo Arena yaxınlığında qeydə alınıb. “Lagman International Beverages Tashkent” LLC və “PepsiCo” tərəfindən təşkil edilən “Pepsi Lazzatli Fest” çərçivəsində hazırlanıb.

Nəhəng lagman xüsusi hazırlanmış iri qazanda bişirilib. “Ginnesin Dünya Rekordları” qeyd edir ki, yalnız qazanın çəkisi 1570 kiloqram olub. Yemək çəkilmə prosesindən sonra festival iştirakçılarına təqdim edilib.

Festival çərçivəsində qeydə alınan digər nəticələr — 2187 lavaş-dönər və 12 648 samsa — Özbəkistan mediasında və təşkilatçıların məlumatlarında tədbirin əsas rekord göstəriciləri kimi təqdim olunub. Bununla da “Pepsi Lazzatli Fest” ölkənin ən çox müzakirə olunan gastronomiya tədbirlərindən birinə çevrilib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
28 may 2026