İran mediası ölkənin təhlükəsizlik strukturlarında mümkün kadr dəyişiklikləri ilə bağlı məlumat yayıb.
MSNews.az-ın xəbərinə görə, Hüseyn Dehqanın İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunduğu iddia edilir.
Məlumata görə, o, bu vəzifədə mərhum Əli Laricanini əvəz edə bilər. Dehqan daha əvvəl İranın müdafiə naziri və ali dini liderin müdafiə sənayesi üzrə müşaviri kimi fəaliyyət göstərib.
Eyni zamanda, Mustafa Purməhəmmədinin ölkənin kəşfiyyat qurumunun rəhbəri təyin edildiyi bildirilir. O, bu postda Esmail Xatibi əvəz edə bilər.

Qeyd olunur ki, Purməhəmmədi təhlükəsizlik sahəsində geniş təcrübəyə malikdir və daha əvvəl daxili işlər naziri, baş prokuror və xarici kəşfiyyat qurumunda rəhbər vəzifələrdə çalışıb.
Lakin bu təyinatlarla bağlı hələlik rəsmi təsdiq verilməyib.