UEFA Millətlər Liqasında millimizin rəqibləri bəlli oldu

UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb. Azərbaycan millisi D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə qarşılaşacaq.

63

UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.

MSNews.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə “D” liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.

Digər liqalar və qruplar isə aşağıdakı kimidir:

A Liqası:
• 1-ci Qrup: Fransa, İtaliya, Belçika, Türkiyə
• 2-ci Qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan
• 3-cü Qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya
• 4-cü Qrup: Portuqaliya, Danimarka, Norveç, Uels

“B” Liqası:
• 1: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya
• 2: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya
• 3: İsrail, Avstriya, İrlandiya Respublikası, Kosova
• 4: Polşa, Bosniya və Herseqovina, Rumıniya, İsveç

“C” Liqası:
• 1: Albaniya, Finlandiya, Belarus, San Marino
• 2: Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq
• 3: Qazaxıstan, Slovakiya, Farer Adaları, Moldova
• 4: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta

A” Liqası qruplarında ilk iki yerə çıxan 8 komanda çeyrək final mərhələsinə yüksələcək. 1/4 final qalibləri: 2027-ci ilin iyununda keçiriləcək final mərhələsində çempionluq uğrunda yarışacaq.
“A” və “B” Liqası sonuncuları növbəti liqaya düşəcək, “B” və “C” Liqası sonuncuları isə daha aşağı səviyyəyə enəcək. Müsabiqə mərhələləri 24–26 sentyabr, 27–29 sentyabr, 30 sentyabr–3 oktyabr, 4–6 oktyabr, 12–14 noyabr və 15–17 noyabr 2026-cı il tarixlərində keçiriləcək. 1/4 final mərhələsinin oyunları 25–30 mart 2027-ci il, final turniri isə 9–13 iyun 2027-ci il tarixlərində oynanacaq

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.