“Formula 1” Bakıya yenə sentyabrda gələcək – 2027 tarixi açıqlandı

2027-ci il "Formula 1" Dünya Çempionatının rəsmi təqvimi açıqlanıb. Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində Bakı Şəhər Halqasında keçiriləcək.

49

2027-ci il “Formula 1” Dünya Çempionatının təqvimi rəsmən açıqlanıb. Azərbaycan Qran-prisi sentyabrın 24-dən 26-dək Bakı Şəhər Halqasında keçiriləcək.

MSNews.az xəbər verir ki, “Formula 1” və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Motor İdmanı Şurası tərəfindən təsdiqlənən təqvimə əsasən, 2027-ci il mövsümü 24 Qran-pridən ibarət olacaq və yarışlar 22 ölkəni əhatə edəcək. Azərbaycan mövsümün 16-cı mərhələsinə ev sahibliyi edəcək.

Maraqlı məqam ondan ibarətdir ki, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə – 24–26 sentyabrda keçiriləcək. “Formula 1”-in 2026-cı il rəsmi təqvimində də Bakı mərhələsi məhz bu tarixlərə salınıb.

2027-ci il mövsümü martın 12–14-də Bəhreyndə başlayacaq, dekabrın 10–12-də Əbu-Dabidə yekunlaşacaq. Portuqaliya və Türkiyə Qran-priləri də təqvimə qayıdacaq. Türkiyə mərhələsinin keçirilməsi İstanbul trasının FIA homologasiyasından keçməsindən asılıdır.

Yeni mövsümün diqqətçəkən dəyişikliklərindən biri də sprint yarışlarının sayının 6-dan rekord 10-a çatdırılmasıdır. Bəhreyn, Avstraliya, Yaponiya, Monako və Əbu-Dabi ilk dəfə sprintə ev sahibliyi edəcək. Kanada, Böyük Britaniya, İtaliya, Braziliya və Qətərdə də sprint yarışları keçiriləcək.

“Reuters” qeyd edir ki, sprint mərhələlərinin sayının artırılması bu formatın tamaşaçı marağının yüksəlməsi ilə əlaqələndirilir. Formula 1-in məlumatına görə, sprint həftəsonlarının ümumi izlənmə göstəricisi adi yarış həftəsonlarından təxminən 12 faiz yüksəkdir.

Azərbaycan Qran-prisi 2027-ci ildə sprint formatında keçirilməyəcək və ənənəvi yarış həftəsonu kimi təşkil olunacaq.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.