22 yaşlı Zeynep Mestan “Turgutluspor”un ilk qadın baş məşqçisi oldu

Türkiyənin "Turgutluspor" klubu kişi əsas komandasının baş məşqçisi vəzifəsinə 22 yaşlı Zeynep Mestanı təyin edib. Keçmiş futbolçu klub tarixində bu posta gətirilən ilk qadın olub.

49

Türkiyənin Manisa vilayətini təmsil edən “Turgutluspor” kişi əsas komandasının baş məşqçisi vəzifəsinə 22 yaşlı Zeynep Mestanı təyin edib. Mestan bununla klub tarixində bu vəzifəni tutan ilk qadın olub.

MSNews.az xəbər verir ki, 30 iyul 2004-cü ildə anadan olan Mestan klub binasında keçirilən mərasimdə rəsmi müqaviləyə imza atıb. “Demirören Haber Ajansı” bildirir ki, o, bundan əvvəl Türkiyə Qadınlar 3-cü Liqasında futbolçu kimi çıxış edib.

İzmir doğumlu Mestan futbolçu karyerasına 2019-cu ildə başlayıb, daha sonra “Konak Belediyespor”, “Bornova Hitab Spor”, “Soma Zafer Spor” və “Bornova Genç Yıldızlar Spor” kimi klubların formasını geyinib. O, həmçinin idman elmləri üzrə təhsil alıb.

Turgutluspor son illərdə ciddi geriləmə yaşayıb. Klub 2025-ci ildə TFF 3-cü Liqadan aşağı düşüb, ötən mövsüm isə Regional Həvəskar Liqadan Manisa Super Həvəskar Liqasına geriləyib. Beləliklə, uzun illər Türkiyənin peşəkar liqalarında çıxış edən komanda tarixində ilk dəfə regional həvəskar səviyyəyə düşüb.

“Turgutluspor” prezidenti Yılmaz Gençtürk təyinatın reklam məqsədi daşımadığını bildirib. Onun sözlərinə görə, rəhbərlik Mestanın təqdim etdiyi layihələri və futbol baxışını qiymətləndirdikdən sonra qərar verib.

Mestan isə məqsədinin sosial şəbəkələrdə populyarlaşmaq olmadığını vurğulayıb:

“Məqsədim izləyici sayımı artırmaq deyil. Mövsümün sonunda özümüzü hamıya sübut etmiş olacağıq.”

Gənc məşqçi hücum futboluna üstünlük verəcəyini, Avropada Pep Qvardiolanı, Türkiyədə isə Sergen Yalçını nümunə götürdüyünü bildirib. Onun uzunmüddətli hədəfi isə Turgutlusporu beş il ərzində yenidən yüksəldərək Türkiyə 1-ci Liqasına çıxarmaqdır.

Mestan təyinatı ilə bağlı reaksiyalara toxunaraq Türkiyə futbolunda qadınların daha çox yer almasını istədiyini və bu sahədə mövcud stereotiplərin dəyişməsinə töhfə vermək niyyətində olduğunu da deyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.