Ronaldu milyonluq avtomobil kolleksiyasını nümayiş etdirib

Kriştianu Ronaldu şəxsi qarajındakı lüks avtomobillərin fotolarını paylaşaraq kolleksiyasını “Oyuncaqlarım” adlandırıb.

72

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu lüks avtomobil kolleksiyasının bir hissəsini nümayiş etdirib.

MSNews.az xəbər verir ki, 41 yaşlı futbolçu şəxsi “Instagram” hesabında qarajında çəkilən üç foto paylaşaraq onları “Oyuncaqlarım 🚀” sözləri ilə təqdim edib.

“Goal” yazır ki, Ronaldunun kolleksiyasına dörd “Ferrari”, iki “Bugatti”, “Lamborghini Aventador”, “Porsche 911” və “McLaren Senna” daxil olmaqla təxminən 13 idman avtomobili daxildir. Nəşr kolleksiyanın ümumi dəyərini təqribən 11 milyon avro qiymətləndirir.

Avtomobillərin dəqiq sayı və hazırkı bazar dəyəri futbolçu tərəfindən açıqlanmayıb. Buna görə mediada göstərilən rəqəmlər təxmini hesablamalardır.