Trampın oğlu atasının İran müharibəsinə qarşı çıxıb

“The Atlantic” nəşrinin məlumatına görə, Donald Trampın böyük oğlu atasının İrana qarşı başlatdığı müharibəni dəstəkləmir. Kiçik Tramp narazılığını şəxsən prezidentə çatdırsa da, ictimai tənqiddən çəkinir.

84

ABŞ Prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp atasının İrana qarşı başlatdığı müharibəyə etiraz edib. İddialara görə, o, hərbi əməliyyatların başlanmasından bəri müharibəni dəstəkləmir və narazılığını birbaşa atasına çatdırıb. Bununla belə, prezidentin oğlu mövqeyini ictimaiyyət qarşısında açıqlamaqdan çəkinir.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “The Atlantic” nəşri oktyabrın 20-də dərc etdiyi araşdırmada məlumat yayıb.

Nəşrin kiçik Donald Trampla birbaşa söhbət etmiş iki mənbəyə istinadən bildirdiyinə görə, prezidentin böyük oğlu İrana qarşı hərbi əməliyyatların başlanmasına ilk gündən qarşı çıxıb.

Kiçik Tramp hesab edir ki, ABŞ-nin Yaxın Şərqdə yeni müharibəyə cəlb olunması atasının seçki kampaniyası zamanı verdiyi vədlərlə ziddiyyət təşkil edir.

Donald Tramp prezident seçkiləri ərəfəsində ABŞ-ni yeni xarici müharibələrdən uzaq tutacağını və ölkənin daxili problemlərinin həllinə üstünlük verəcəyini dəfələrlə bəyan etmişdi.

“The Atlantic”in məlumatına əsasən, kiçik Tramp da uzun müddətdir ABŞ-nin xaricdə genişmiqyaslı hərbi müdaxilələrinə skeptik yanaşır. Onun fikrincə, Vaşinqtonun İranla müharibəyə başlaması “America First” – “Əvvəlcə Amerika” siyasətinin əsas prinsiplərinə uyğun gəlmir.

Maraqlıdır ki, kiçik Donald Tramp bu mövqeyini şəxsən atasına bildirsə də, onu açıq şəkildə tənqid etmək istəmir.

Nəşrə danışan və prezidentin oğluna yaxın olan mənbələrdən biri bildirib ki, onun müharibə ilə bağlı fikirləri yaxın çevrəsində yaxşı məlumdur. Mənbənin sözlərinə görə, kiçik Tramp belə bir məsələdə atasına qarşı ictimai mövqe nümayiş etdirməyəcək. Bununla belə, onu tanıyan şəxslər üçün İran müharibəsinə qarşı çıxması təəccüblü deyil.

Məlumatlar Trampın siyasi düşərgəsində İran müharibəsinə münasibətdə fikir ayrılıqlarının mövcud olduğunu göstərir.

“The Atlantic”in yazdığına görə, ABŞ vitse-prezidenti Cey Di Vens də hərbi əməliyyatların məqsədləri və mümkün nəticələri ilə bağlı qapalı müzakirələrdə narahatlığını ifadə edən şəxslər arasında olub.

İranla müharibə Respublikaçılar Partiyasının tərəfdarları arasında da müzakirələrə səbəb olub. Xüsusilə xarici hərbi müdaxilələrə qarşı çıxan siyasi çevrələr Vaşinqtonun Yaxın Şərqdə yeni qarşıdurmaya qoşulmasını tənqid edirlər.

Müharibənin iqtisadi nəticələri də ABŞ daxilində narahatlıq doğurur. Enerji qiymətlərinin artması və hərbi əməliyyatların maliyyə yükü ictimai müzakirələrin əsas mövzuları sırasındadır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.