Tramp müxbirlər gecəsində medianı sərt tənqid etdi

Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində siyasi zorakılığı pisləyib, daha sonra jurnalistləri və siyasi rəqiblərini sərt tənqid edib.

8

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyində siyasi zorakılığı pisləyib, eyni zamanda media nümayəndələrini və siyasi rəqiblərini sərt şəkildə tənqid edib.

MSNews.az xəbər verir ki, iyulun 24-də Vaşinqtondakı “Waldorf Astoria” hotelində keçirilən tədbir apreldə baş vermiş silahlı hücumdan sonra təxirə salınaraq yenidən təşkil olunub. “Axios” yazır ki, Tramp çıxışına zarafatlarla başlayıb, lakin sonradan nitqini media və demokrat siyasətçilərə qarşı tənqidlər üzərində qurub.

Tramp apreldəki hadisəyə toxunaraq ABŞ-də fikir ayrılıqlarının silahlarla deyil, açıq müzakirələrlə həll edilməli olduğunu bildirib. İlkin tədbir zamanı təhlükəsizlik zonasının yaxınlığında baş verən atışmada Məxfi Xidmət əməkdaşı yaralanmış, Tramp və digər iştirakçılar ərazidən çıxarılmışdı. Hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Reuters” bildirir ki, tədbir gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Tramp çıxışında jurnalistlərlə gərgin münasibətlərinə baxmayaraq, azad mətbuata inandığını və administrasiyasının media üçün geniş çıxış imkanları yaratdığını iddia edib.

Bununla yanaşı, prezident bir sıra jurnalistləri adbaad tənqid edib, bəzi xəbərləri yenidən “saxta xəbər” adlandırıb və İranla bağlı yayılan məlumatlara inanmamaq çağırışı edib. “Axios” Trampın çıxışının bir saatdan çox davam etdiyini və əvvəlcə yumşaq olan tonun tədricən qarşıdurma xarakteri aldığını qeyd edir.

Gecədə “The Wall Street Journal” əməkdaşlarına Trampın Ceffri Epşteynə yazdığı iddia olunan məktubla bağlı araşdırmaya görə mükafat təqdim edilməsi də diqqət çəkib. Tramp sözügedən məktubun mövcudluğunu rədd etsə də, mükafatı alan jurnalistləri təbrik edib.

“The Guardian” çıxışı zarafatlar, şəxsi hücumlar və siyasi mesajların qarışığı kimi qiymətləndirib. Nəşrin məlumatına görə, Tramp nitqinin sonunda “Trump 2028” yazılmış papaq taxaraq növbəti prezidentlik müddəti ilə bağlı zarafat edib.

Bu, Trampın prezident kimi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində ilk tam iştirakı olub. O, birinci prezidentlik dövründə assosiasiyanın tədbirlərinə qatılmaqdan imtina etmişdi.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.