Tramp İrana genişmiqyaslı hücumu hələlik dayandırıb

Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata hazır olduğunu bildirsə də, regional liderlərin müraciətindən sonra planlaşdırılan hücumu hələlik dayandırıb. Vaşinqton razılaşma əldə edilməzsə, hərbi variantın yenidən gündəmə gələ biləcəyini istisna etmir.

10

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatın başlanmasına yaxın olsa da, son anda hücum planını hələlik dayandırıb.

MSNews.az xəbər verir ki, İsrailin “N12” xəbər xidməti iyulun 24-də Trampın İrana qarşı əvvəlkilərdən daha böyük hücumu nəzərdən keçirdiyini yazıb. ABŞ prezidenti həmin vaxt qərar verməyə yaxın olduğunu və ölkəsinin əməliyyata hazır vəziyyətdə bulunduğunu açıqlamışdı.

Telekanalın məlumatına əsasən, Trampa İranın strateji obyektlərini əhatə edən bir neçə əməliyyat planı və mümkün hədəflərin siyahısı təqdim edilmişdi. Müzakirə olunan variantlar arasında nüvə infrastrukturu, enerji obyektləri, hərbi bazalar və İranın Hörmüz boğazındakı imkanlarına qarşı zərbələrin genişləndirilməsi yer alırdı.

“Reuters” də Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 28-də keçirilən görüşdə İranla bağlı bütün variantları, o cümlədən diplomatiyanı, iqtisadi təzyiqi və hərbi əməliyyatı müzakirə etdiyini bildirib. Bununla belə, həmin mərhələdə hücum barədə yekun əmr verilməmişdi.

İyulun 31-də “N12” ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı əməliyyata hazırlıq gördüyünü yazıb. “Axios” isə planlaşdırılan hücumun bir neçə həftə davam edə və İranın kritik infrastrukturu da daxil olmaqla çoxsaylı hədəfləri əhatə edə biləcəyini bildirib.

Lakin avqustun 2-də vəziyyət dəyişib. Tramp Yaxın Şərq ölkələrinin rəhbərlərinin müraciətindən sonra planlaşdırılan hücumu dayandırmağa razı olduğunu açıqlayıb. O, İranla mümkün razılaşmanın əsas istiqamətləri üzrə irəliləyiş əldə edildiyini, lakin hücumun ləğvinin qısa müddətdə razılığın rəsmiləşdirilməsi şərtinə bağlı olduğunu bildirib.

“Associated Press” mümkün razılaşmanın Hörmüz boğazının tam açılmasını və İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərinin yerinə yetirilməsini nəzərdə tutduğunu yazıb. Tehran isə razılaşmanın yekun şərtlərini açıq şəkildə təsdiqləməyib.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31