Tramp İran rəhbərliyini “qürurlu” adlandırdı

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin Vaşinqtonla razılaşmanı hələ qəbul etməməsini onların “güclü” və “qürurlu” olması ilə izah edib.

11

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin Vaşinqtonla razılaşmanı hələ qəbul etməməsini onların “güclü” və “qürurlu” olması ilə izah edib.

MSNews.az xəbər verir ki, Tramp bu fikirləri “NBC News”in “Meet the Press” proqramına müsahibəsində səsləndirib. ABŞ prezidenti bildirib ki, İran tərəfi sazişə getməyə məcbur olacaq, lakin bunun üçün müəyyən vaxt lazımdır.

Iran International”ın məlumatına görə, Tramp İran rəhbərliyinin hələ də razılaşmaya gəlməməsini belə izah edib: “Onlar güclüdürlər, qürurludurlar. Elə şeylər var ki, onlar heç vaxt edəcəklərini düşünmürdülər, amma etməli olacaqlar. Onların başqa seçimi yoxdur və bu, bir qədər vaxt aparır”.

Trampın sözlərinə görə, Tehran uzun illər ərzində ABŞ və digər ölkələrlə münasibətlərdə əvvəlki yanaşmalara alışıb. O, İranın indi fərqli vəziyyətlə üzləşdiyini iddia edib və bildirib ki, Vaşinqton hazırkı şərtlərdə geri çəkilmək niyyətində deyil.

Reuters” daha əvvəl yazmışdı ki, Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini, bunun Vaşinqton və müttəfiqləri üçün “yaxşı saziş” olacağını bildirib. Agentliyin məlumatına görə, ABŞ və İran arasında danışıqlar hərbi gərginlik fonunda davam edir.

Bununla yanaşı, “Reuters”in başqa bir məlumatında Trampın Vaşinqtonun İranla razılaşmaya ehtiyac duymadan da zənginləşdirilmiş uran məsələsini həll edə biləcəyini dediyi qeyd olunub. ABŞ prezidenti eyni zamanda Tehranla razılaşma əldə olunacağı halda İranın ali rəhbəri ilə görüşün mümkünlüyünü də istisna etməyib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.