FTB direktoru Kaş Patel 27 yaşlı müğənni Aleksis Uilkinslə nişanlandı

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel kantri müğənnisi Aleksis Uilkinslə nişanlandığını açıqlayıb. Cütlük münasibətlərini sosial şəbəkədə paylaşdıqları foto ilə rəsmən elan edib.

82

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel uzun müddətdir münasibətdə olduğu kantri müğənnisi Aleksis Uilkinslə nişanlanıb. Cütlük bu barədə sosial şəbəkədə paylaşım edib.

MSNews.az xəbər verir ki, “AP” məlumatına görə, 27 yaşlı Uilkins “X” platformasında Patel ilə birlikdə çəkilən ağ-qara fotosunu paylaşaraq nişan üzüyünü nümayiş etdirib. O, paylaşımına zarafatla “Went and got the law involved” — “qanunu işə qatdıq” yazıb. Patel isə paylaşımı ürək və üzük emojiləri ilə yenidən yayımlayıb.

46 yaşlı Patel və Uilkins 2022-ci ildə Neşvildə keçirilən tədbirdə tanış olublar və 2023-cü ildən münasibətdədirlər. Uilkins 2025-ci ilin fevralında Patelin FTB direktoru kimi andiçmə mərasimində də iştirak edib.

Aleksis Uilkins kantri müğənnisi və siyasi şərhçi kimi tanınır. O, 2023-cü ildə “Grit” adlı debüt EP-sini buraxıb və ABŞ-dakı bir sıra mühafizəkar təşkilatlarla əməkdaşlıq edib.

Cütlüyün münasibətləri daha əvvəl Patelin rəsmi təyyarələrdən şəxsi səfərlərdə istifadə etməsi və Uilkins üçün FTB mühafizəsinin ayrılması ilə bağlı müzakirələr fonunda mediada diqqət çəkmişdi. Patel bu məsələlərlə bağlı tənqidləri rədd edib və şəxsi səfərlərin xərcini ödədiyini bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.