“Tesla” elektrik avtomobil istehsalında liderliyi itirdi

"Tesla", ABŞ vergi güzəştlərinin sona çatması və artan rəqabət səbəbindən illik satışlarını itirərək, dünyanın ən böyük elektrik avtomobili istehsalçısı titulu Çinin BYD şirkətinə keçdi.

89

“Tesla” (TSLA.O) ikinci il ardıcıl illik satışlarının azalması və ABŞ-da vergi güzəştlərinin sona çatması ilə qarşılaşaraq, dünyanın ən böyük elektrik avtomobili (EV) istehsalçısı titulunu Çinin BYD (002594.SZ) şirkətinə qapdırdı.

2025-ci ildə qlobal EV satışları 28% artdığı halda, BYD illik əsasda “Tesla”-dan daha çox satış həyata keçirərək, xüsusilə, Avropada sürətli artım ilə ABŞ rəqibini qabaqladı.

“Tesla”, 2025-ci ildə təxminən 8,6% satış azalması ilə qarşılaşdı və Avropada artan rəqabət, şirkətin əsas avtomobil biznesini bərpa etmək imkanlarına dair suallar yaratdı. CEO İlon Mask isə şirkəti robotaksi və humanoid robotlar sahəsinə yönləndirməyə davam edir. Bu xəbərlər nəticəsində “Tesla” səhmləri səhər ticarətində 1%-dən çox ucuzlaşıb.

ABŞ-da federal vergi güzəştlərinin sona çatması da “Tesla” satışlarını təsir edib. “Tesla”, 2025-ci ilin dördüncü rübündə 418,227 avtomobil çatdırıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,6% azdır. Ümumilikdə, 2025-ci ildə “Tesla” 1,64 milyon avtomobil çatdırıb, 2024-cü ilin 1,79 milyonuna nisbətən azalma qeydə alınıb.

Eyni zamanda, “Tesla” enerji saxlama məhsullarında rekord səviyyəyə – 14,2 GWh çatıb. Şirkət dördüncü rüb maliyyə nəticələrini 28 yanvarda açıqlayacaq.

Rəqabətin güclənməsi, xüsusilə Çin və Avropa avtomobil istehsalçıları – BYD, Volkswagen və BMW – tərəfindən, “Tesla”-nın satış tempinə təsir edib. BYD isə 2025-ci ildə Çindən kənarda rekord 1 milyon avtomobil satıb və 2026-cı ildə bu rəqəmi 1,6 milyon avtomobilə çatdırmağı planlaşdırır.

“Tesla” isə vergi güzəştlərinin itirilməsindən sonra “Model Y” və “Model 3”-lərin sadələşdirilmiş “Standard” versiyalarını 5,000 dollar ucuzlaşdıraraq Avropadakı müştərilər üçün əlçatan etməyə çalışıb. Lakin bəzi investorlar daha böyük endirim və ya yeni kütləvi məhsul gözlədiklərini bildiriblər.

Buna baxmayaraq, “Tesla” səhmləri 2025-ci ildə təxminən 11,4% artaraq İlon Maskın sərvətini gücləndirib.