Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa bu gün Suriya Demokratik Qüvvələri (SDQ) ilə ölkənin şimal-şərqində atəşkes və tam inteqrasiya üzrə 14 maddəlik anlaşma əldə etdiklərini açıqlayıb.
Anlaşmaya görə, Suriya hökumət qüvvələri ilə SDQ arasında bütün qarşıdurma xəttlərində dərhal və genişmiqyaslı atəşkəs təmin ediləcək və SDQ-yə məxsus hərbi birliklərin Fərat çayının şərqinə çəkilməsi üçün ilkin addımlar atılacaq.
Yeni razılaşma həmçinin SDQ-nin silahlı və təhlükəsizlik personalının Suriya Müdafiə və Daxili İşlər Nazirliklərinə inteqrasiya edilməsini, bölgədəki sərhəd keçid nöqtələri, neft və qaz yataqları kimi strateji obyeklərin hökumətin nəzarətinə verilməsini nəzərdə tutur.
Əl-Şaraa həmçinin kürdlərin Suriya xalqının ayrıla bilməz hissəsi olduğunu təsdiqləyib və sərhəd ərazilərində sabitliyin təmin olunacağını vurğulayıb. ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak bu prosesin arxasında durduğunu ifadə ediblər.
Hazırda bununla bağlı tətbiqetmə detalları və planın necə həyata keçiriləcəyi üzərində iş davam edir. Ümid edilir ki, bu anlaşma Suriya daxilində uzun müddətdir davam edən bölünmüşlüyə son qoyacaq və milli vahid yolunun açılmasına təkan verəcək.
Anlaşmanın bəndlərinin tamamı belədir:
-
Bütün suriyalıların siyasi prosesdə və dövlət qurumlarında bərabər təmsil və iştirak hüququ təmin edilir.
-
Kürd icması Suriyanın ayrılmaz hissəsi kimi tanınır və onlara vətəndaşlıq və konstitusiya hüquqları tam şəkildə verilir.
-
Bütün Suriya ərazisində dərhal atəşkəs elan edilir.
-
Şimal-şərqi Suriyada bütün mülki və hərbi strukturlar Suriya dövlətinin inzibati orqanlarına inteqrasiya olunur (sərhəd keçid məntəqələri, hava limanları, neft və qaz yataqları daxil olmaqla).
-
Bütün məcburi köçürülmüş şəxslərin öz şəhər və kəndlərinə təhlükəsiz şəkildə qayıtması üçün dövlət tərəfindən təminat verilir.
-
Suriya dövlətinin “Əsəd rejiminin qalıqları”na qarşı mübarizəsinə dəstək verilir.
-
SDQ-nin silahlı və təhlükəsizlik personalı Suriya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinə fərdi şəkildə daxil ediləcək, ayrı bir hərbi blok kimi deyil.
-
Keçmiş İŞİD döyüşçülərinin saxlanma yerləri və düşərgələri də daxil olmaqla bütün həbsxana və düşərgələr dövlətə təhvil veriləcək.
-
Sərhəd keçidləri, neft və qaz sahələri kimi strateji obyektlər hökumətin nəzarətinə keçəcək.
-
Deyr əz-Zor və Raqqa kimi ərazilər, Suriya ordusunun nəzarətinə formal şəkildə veriləcək.
-
Hökumət və SDQ arasında ABŞ kimi beynəlxalq vasitəçilər rol alacaq və əlaqə yaradacaq.
-
Ortaq idarəetmə və təhlükəsizlik mexanizmləri üçün komissiyalar yaradılacaq.
-
SDQ üzvlərinə mərkəzi hökumətdə müəyyən siyasi təmsilçilik imkanları tanına bilər.
-
Sülh prosesinin icrası üçün konkret təqvim və mərhələli plan hazırlanacaq.