Rumıniya Ukraynaya nüvə texnologiyalarını verməyə hazırdır

Rumıniya Prezidenti Nikuşor Dan ölkəsinin nüvə energetikası sahəsində texnologiya və təcrübəsini Ukrayna ilə bölüşməyə hazır olduğunu açıqlayıb.

16

Rumıniya nüvə energetikası sahəsində texnologiya və təcrübəsini Ukrayna ilə bölüşməyə hazırdır. Bunu Rumıniya Prezidenti Nikuşor Dan sentyabrın 18-də Ukraynada keçirilən Karpat sammiti çərçivəsində bildirib.

MSNews.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna”  məlumat yayıb.

Rumıniya Prezidenti ölkəsinin nüvə sənayesində təxminən 50 illik təcrübəyə, müasir texnologiyalar və mühəndislik sahəsində ixtisaslı mütəxəssislərə malik olduğunu vurğulayıb. O, bu imkanların Ukrayna ilə yanaşı, Karpat regionunun digər ölkələri ilə də əməkdaşlıq üçün istifadə oluna biləcəyini bildirib.

Dan həmçinin Rumıniyanın müdafiə sənayesində mövcud istehsal bazasına və ixtisaslı kadrlara sahib olduğunu qeyd edib. Onun sözlərinə görə, Buxarest zəruri investisiyalar cəlb olunacağı təqdirdə müdafiə istehsalını genişləndirməyə hazırdır.

Rumıniya lideri son 30 ildə ölkənin müdafiə sənayesinin lazımi səviyyədə idarə olunmadığını da etiraf edib.

Qeyd edək ki, sentyabrın 18-də Ukraynada keçirilən Karpat sammitində region ölkələri arasında enerji, təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski və Nikuşor Dan arasında keçirilən ikitərəfli görüşdə isə birgə dron istehsalı, infrastruktur layihələri və Qara dəniz regionunda təhlükəsizlik məsələləri nəzərdən keçirilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti