Region gəncləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Region gəncləri Ulu Öndər Heydər Əliyevin Anım Günündə onun abidələrini ziyarət edib, Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil edərək Ümummilli Liderin həyat və fəaliyyətini, dövlətçilik xidmətlərini dərin ehtiramla yad ediblər.

206

Region gəncləri Azərbaycanı gənclər ölkəsi, gəncləri isə dövlətin gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib.

Ulu Öndərin Anım Günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən silsilə anım tədbirləri keçirilib.

Tədbirlər çərçivəsində gənclər əvvəlcə Ulu Öndərin rayon və şəhər mərkəzlərindəki abidələrini ziyarət edərək Ümummilli Liderə dərin sevgi və ehtiramlarını ifadə edib, abidələr önünə gül dəstələri düzüblər. Regionlarda Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı gənclər Ümummilli Liderin həyat yolu, dövlətçilik fəaliyyəti, idarəçilik fəlsəfəsi və Azərbaycan üçün mühüm tarixi xidmətləri barədə ətraflı məlumat alıblar.

Rəsmilərin və tarixçilərin iştirakı ilə keçirilən maarifləndirici tədbir və görüşlərdə gənclər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki əvəzsiz xidmətləri ilə tanış olublar. Görüşlər zamanı görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Xalqın adamı” və “İz” filmləri gənclər tərəfindən böyük maraqla izlənilib.

Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur və onun xidmətlərini minnətdarlıqla yad edirlər.