Azərbaycanın 20 şəhər və rayonunda 600-dən çox gənci əhatə edən layihə həyata keçirilib

Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın 20 şəhər və rayonunda könüllü gənclərin bilik, liderlik və intellektual bacarıqlarının inkişafına yönəlmiş layihə həyata keçirilib. Təlim və intellektual oyunlara 600-dən çox gənc qatılıb.

“Səyyar Gənclər Xidməti” Yardımlıda yüzlərlə gənci bir araya gətirib

“Səyyar Gənclər Xidməti” layihəsi 7–11 sentyabr tarixlərində Yardımlıda keçirilib. Gənclər karyera, rəqəmsal inkişaf, ekologiya, sağlam həyat və digər istiqamətlər üzrə təlim və fəaliyyətlərə qatılıblar.