Qrem Potter İsveç məşqinə kovboy papağı ilə çıxdı

İsveç millisinin baş məşqçisi Qrem Potter Dünya Kuboku ərəfəsində Texasda keçirilən açıq məşqə kovboy papağı ilə çıxaraq azarkeşlərin diqqətini çəkib.

10

İsveç millisinin baş məşqçisi Qrem Potter Dünya Kuboku ərəfəsində Texasda keçirilən məşqdə qeyri-adi görünüşü ilə diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, “The Standard” nəşrinin məlumatına görə, Potter İsveç millisinin ABŞ-ın Texas ştatında təşkil edilən açıq məşqinə kovboy papağı ilə çıxıb. Bu görüntü azarkeşlər arasında sosial mediada geniş müzakirə olunub.

İsveç millisinin rəsmi “Svensk Fotboll” hesabı həmin anları paylaşaraq “şəhərdə yeni şerif var” məzmunlu ifadə işlədib. Paylaşım qısa müddətdə futbolsevərlərin diqqətini çəkib.

İsveç millisi turnir zamanı hazırlığın əsas hissəsini Texasın Frisko şəhərindəki Toyota Stadiumda keçirir. Potterin kovboy papağı ilə məşqə çıxması da komandanın Texas mühitinə uyğun simvolik jesti kimi qiymətləndirilib.

Qrem Potter İsveç millisinin baş məşqçisi postuna 2025-ci ilin oktyabrında gətirilib. “The Guardian”in məlumatına görə, o, İsveçi Dünya Kubokuna çıxardıqdan sonra müqaviləsini 2030-cu ilə qədər uzadıb.

İsveç millisi 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Niderland, YaponiyaTunis yığmaları ilə mübarizə aparacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti