İspaniya Kabo-Verde ilə bacarmadı

FIFA Dünya Kubokunun "H" qrupunda İspaniya və Kabo-Verde milliləri 0:0 hesablı heç-heçə edib. Mundial debütantı Kabo-Verde favoritlərdən sayılan İspaniyadan xal almağı bacarıb.

259

Kabo-Verde millisi Dünya Kubokundakı debüt oyununda turnirin favoritlərindən sayılan İspaniyadan xal almağı bacarıb.

MSNews.az xəbər verir ki, FIFA Dünya Kubokunun “H” qrupunda keçirilən İspaniya – Kabo-Verde qarşılaşması 0:0 hesabı ilə başa çatıb. Oyun ABŞ-ın Atlanta şəhərindəki “Atlanta Stadium”-da keçirilib.

İspaniya matç boyunca topa daha çox nəzarət etsə də, Kabo-Verdenin intizamlı müdafiəsini yarmaqda çətinlik çəkib. Afrika təmsilçisi kompakt oyun planı ilə rəqibə az boş zona verib.

Görüşün əsas qəhrəmanlarından biri Kabo-Verdenin qapıçısı Vozinya (Vozinha) olub. O, bir neçə epizodda komandasını qoldan xilas edib. Xüsusilə, ilk hissədə Ferran Torresin təhlükəli zərbəsindən sonra topun dirəyə dəyməsi və sonrakı epizodlarda Vozinyanın müdaxilələri diqqət çəkib.

Reuters”in oyunöncəsi məlumatında Kabo-Verdenin baş məşqçisi Bubişta komandasının Dünya Kubokuna sadəcə iştirak üçün yox, rəqabət aparmaq üçün gəldiyini bildirmişdi. İspaniyaya qarşı alınan nəticə bu sözlərin meydanda da təsdiqini tapdı.

İspaniya millisində Lamin Yamal ikinci hissədə oyuna daxil olsa da, komandanın hücum xəttində gözlənilən dönüş baş verməyib. Luis de la Fuentenin komandası üstünlüyünü qola çevirə bilməyib.

Bu nəticə Kabo-Verde futbolu üçün tarixi hesab olunur. Mundialda ilk oyununa çıxan ada dövləti Avropa çempionu İspaniyaya qarşı məğlub olmadan meydanı tərk edib.

“H” qrupunun digər oyununda Səudiyyə Ərəbistanı və Uruqvay milliləri üz-üzə gələcək.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.