Azərbaycan millisi ikinci dəfə Avropa çempionu oldu

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatının finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edərək ikinci dəfə qitə çempionu adını qazanıb.

13

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.

MSNews.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda finalda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

“Tipos Arena”da keçirilən həlledici qarşılaşmada Azərbaycan millisinin qollarını Mirmehdi Rzayev və İsa Atayev vurublar.

AZƏRTAC” da Azərbaycan millisinin Ukrayna üzərində qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olduğunu yazıb. Komanda daha əvvəl 2022-ci ildə də qitə birinciliyinin qalibi olmuşdu.

Avropa Minifutbol Federasiyası”nın məlumatına görə, EMF EURO 2026 mayın 27-dən iyunun 4-dək Bratislavada keçirilib və turnirdə Avropanın 24 milli komandası iştirak edib.

Azərbaycan millisi turnir ərzində inamlı çıxışı ilə diqqət çəkib. Komanda F qrupunda Avstriyanı 1:0, İtaliyanı 3:0, Fransanı isə 3:2 hesabı ilə məğlub edib. Pley-off mərhələsində Qazaxıstan 3:2, Çexiya isə 5:2 hesabı ilə mübarizədən kənarlaşdırılıb.

Yarımfinalda Azərbaycan millisi Serbiya ilə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə komandamız penaltilər seriyasında daha dəqiq oynayaraq 3:1 hesablı qələbə qazanıb və finala yüksəlib.

Finalda Ukrayna üzərində qazanılan qələbə ilə Azərbaycan minifutbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Bu nəticə Azərbaycan minifutbolunun son illərdə beynəlxalq arenada əldə etdiyi ən mühüm uğurlardan biri kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930