Antuan Qrizmannın “Orlando City”yə keçidi rəsmiləşdi

Antuan Qrizmannın iyulda “Atletiko Madrid”dən “Orlando City”yə keçidi rəsmi təsdiqlənib. Fransız futbolçu klubunda 488 oyun və 211 qolla ən məhsuldar oyunçu tituluna sahibdir.

233

Antuan Qrizmannın yayda “Atletiko Madrid”dən MLS təmsilçisi “Orlando City”yə keçidi artıq təkcə insayder xəbəri deyil, rəsmi təsdiqlənmiş transferdir.

“Reuters”-in məlumatına görə, həm “Atletiko”, həm də “Orlando City” fransalı hücumçunun müqaviləsinin 2026-cı ilin iyulundan başlayacağını açıqlayıb. Yeni anlaşma 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulur və əlavə olaraq 2028/29 mövsümü üçün opsiya da var. Yəni bu keçid “bir illik müqavilə” kimi deyil, daha uzun çərçivədə təqdim olunub.

Qrizmann Madrid klubundan əfsanə statusunda ayrılır. Açıq mənbələrdə və klubla bağlı hesabatlarda onun “Atletiko” forması ilə 488 oyuna 211 qol sığdırdığı, bununla da, klub tarixinin ən məhsuldar bombardiri olduğu göstərilir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.