Qəhvənin bağırsaqlara yeni faydası aşkarlandı – ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, müntəzəm qəhvə istehlakı bağırsaq mikroflorasının müxtəlifliyi və yoğun bağırsağın hərəkətliliyi ilə əlaqəlidir. Yeni tədqiqatın nəticələri açıqlanıb.

60

Alimlər müntəzəm qəhvə içməyin bağırsaq mikrobiotasının müxtəlifliyi və həzm sisteminin fəaliyyəti ilə əlaqəli olduğunu müəyyən ediblər. Yeni araşdırma qəhvə istehlak edən insanlarda yoğun bağırsağın hərəkətliliyinin daha yüksək ola biləcəyini göstərib.

MSNews.az xəbər verir ki, Danimarkalı tədqiqatçıların apardığı araşdırmanın nəticələri “Gut Microbiology” elmi jurnalında dərc olunub.

Tədqiqatda 61 sağlam yetkin şəxs iştirak edib. Onlar səkkiz gün ərzində qəbul etdikləri qida və içkiləri qeydə alıblar. Bağırsaqların fəaliyyətini qiymətləndirmək üçün simsiz elektron kapsuldan istifadə olunub.

Nəticələr göstərib ki, səkkiz günün ən azı dördündə qəhvə içən iştirakçıların bağırsaq mikrobiotasında bakteriya növlərinin zənginliyi qəhvəni daha az istehlak edənlərlə müqayisədə yüksək olub.

Bundan əlavə, orqanizmdə kofeinin parçalanması nəticəsində yaranan maddələrin yüksək səviyyəsi yoğun bağırsağın daha intensiv yığılması ilə əlaqələndirilib. Bu yığılmalar bağırsaq möhtəviyyatının irəliləməsinə kömək edir və normal həzm prosesində mühüm rol oynayır.

Alimlər qəhvə istehlakı ilə bəzi bağırsaq bakteriyalarının, xüsusilə Lawsonibacter cinsinin çoxluğu arasında da əlaqə müəyyən ediblər.

Bununla belə, tədqiqatçılar qəhvənin bağırsaq fəaliyyətini birbaşa yaxşılaşdırdığının və ya qəbizliyin qarşısını aldığının sübut olunmadığını vurğulayıblar. Araşdırma müşahidə xarakterlidir və nəticələrin təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac var.

Qeyd edək ki, əvvəlki elmi araşdırmalarda da qəhvə istehlakı 2-ci tip diabet, bəzi ürək-damar və qaraciyər xəstəliklərinin daha aşağı riski ilə əlaqələndirilib. Lakin bu əlaqələr qəhvənin həmin xəstəliklərdən mütləq qoruduğu anlamına gəlmir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.