Meksikada ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan 10 cinayətkarı siyahısında yer alan “El Çapo İs idro” ləqəbli narkokartel lideri Fausto İs idro Mesa Flores saxlanılıb. Onun ələ keçirilməsi zamanı Sinaloa ştatında genişmiqyaslı silahlı toqquşmalar, avtomobil yanğınları və yol blokadaları baş verib.
MSNews.az xəbər verir ki, bu barədə “Associated Press” və “El País” nəşrləri məlumat yayıb.
Meksikanın Müdafiə Nazirliyinin məlumatına görə, Fausto İs idro Mesa Flores noyabrın 20-də Sinaloa ştatının Quasave şəhərində xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Əməliyyatda Meksika ordusunun və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələri iştirak ediblər. ABŞ təhlükəsizlik qurumları isə kəşfiyyat məlumatlarının mübadiləsi ilə əməliyyata dəstək göstəriblər.
Narkobaronun saxlanılması bölgədə ciddi qarşıdurmalara səbəb olub. Silahlı şəxslər təhlükəsizlik qüvvələri ilə atışmaya girib, bir sıra avtomobillər yandırılıb və əsas avtomobil yollarında barrikadalar qurulub.
Şəhər üzərində hərbi helikopterlər uçuşlar həyata keçirib. Əməliyyat və sonrakı toqquşmalar yerli sakinlər arasında təşviş yaradıb.
Meksika Müdafiə Nazirliyi açıqlayıb ki, Mesa Floreslə birlikdə cinayətkar qruplaşmanın daha iki üzvü də saxlanılıb. Onlardan biri təşkilatın ikinci rəhbəri hesab edilən “Serafin” ləqəbli şəxs, digəri isə qruplaşmanın maliyyə əməliyyatlarına cavabdeh olan şəxsdir.
Fausto İs idro Mesa Flores kimdir?
44 yaşlı Mesa Flores Meksikanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri hesab edilirdi. O, Beltran Leyva cinayətkar təşkilatı ilə əlaqəli olub və Sinaloa bölgəsində fəaliyyət göstərən silahlı qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.
FTB onu 4 fevral 2025-ci ildə ən çox axtarılan 10 cinayətkarın siyahısına daxil etmişdi. ABŞ hakimiyyəti onun həbsinə və məhkum edilməsinə kömək edəcək məlumat üçün 5 milyon dollaradək mükafat vəd etmişdi.
Qeyd edək ki, “El Çapo İs idro” ləqəbli Mesa Flores Meksikanın digər məşhur narkobaronu Xoakin “El Çapo” Qusmanla qarışdırılmamalıdır. Qusman hazırda ABŞ-də ömürlük həbs cəzası çəkir.