ABŞ “Qar adamı” ilə bağlı gizli qalmış sənədləri yayımladı

ABŞ Meşə Xidməti “Biqfut” və ya “Qar adamı” adlandırılan sirli məxluqla bağlı üç tarixi sənədi ictimaiyyətə təqdim edib. Arxivlərdə nəhəng ayaq izləri, şahid ifadələri və 1982-ci ildə aparılmış araşdırma yer alır.

31

ABŞ Meşə Xidməti (US Forest Service) Şimali Amerika əfsanələrində “Biqfut” (Bigfoot) və ya “Qar adamı” kimi tanınan sirli məxluqla bağlı üç tarixi sənədi ictimaiyyətə açıqlayıb. Materiallarda meşələrdə aşkar edilmiş nəhəng ayaq izləri, şahidlərin qeyri-adi qarşılaşmaları və dövlət əməkdaşlarının apardığı araşdırmalar əks olunub.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşri noyabrın 20-də məlumat yayıb.

Məlumata görə, “Bigfoot/Sasquatch Records” adlı üç sənəd oktyabrın 15-də ABŞ Meşə Xidmətinin açıq arxivinə yerləşdirilib. Sənədlər Montana və Vaşinqton ştatlarında müxtəlif illərdə qeydə alınmış iddiaları əhatə edir.

Ən maraqlı materiallardan biri 1982-ci ildə Vaşinqton ştatındakı Umatilla Milli Meşəsində aparılmış araşdırmaya aiddir.

Həmin dövrdə Meşə Xidmətinin əməkdaşı Pol Friman meşəlik ərazidə iri, tüklü və iki ayaq üzərində hərəkət edən naməlum məxluq gördüyünü iddia edib. Daha sonra o, ərazidə qeyri-adi ölçülərə malik ayaq izləri aşkar etdiyini bildirib.

Hadisə ilə bağlı rəsmi araşdırma aparılıb və izlərin gips qəlibləri hazırlanıb. Lakin mütəxəssislər onların “Biqfut” adlı məxluqa aid olduğunu təsdiqləməyiblər.

Digər sənədlərdən biri 1940-cı illərdə Montana ştatının Petty Creek ərazisində müşahidə edildiyi bildirilən nəhəng ayaq izləri haqqındadır. Üçüncü material isə 2003-cü ildə Montanada aşkar edilmiş müəmmalı izlərlə bağlı qəzet xəbərindən ibarətdir.

Maraqlıdır ki, ABŞ Meşə Xidməti “Qar adamı” mövzusunda xüsusi ictimai görüş də təşkil edib.

Oktyabrın 8-də Kaliforniyanın Stanislaus Milli Meşəsində keçirilən “Bigfoot in Your Backyard” adlı tədbirdə mütəxəssislər bu məxluq barədə tarixi rəvayətlərdən, şahid ifadələrindən və mövzunun turizm potensialından danışıblar.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.