Pakistanda hərbi helikopter qəzaya uğradı: 22 ölü

Pakistan ordusuna məxsus Mi-17 helikopteri Muzaffərabad yaxınlığında qəzaya uğrayıb. Təhlükəsizlik mənbələrinin məlumatına görə, hadisə nəticəsində 22 hərbçi ölüb.

10

Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslər həyatını itirib.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Pakistan ordusuna məxsus Mi-17 helikopteri Pakistanın nəzarətində olan Kəşmirin Müzəffərabad şəhəri yaxınlığında havaya qalxarkən qəzaya uğrayıb. Pakistan ordusu hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.

Reuters” təhlükəsizlik mənbələrinə istinadən qəza nəticəsində azı 22 hərbçinin öldüyünü yazıb. Məlumata görə, ölənlər arasında 19 əsgər, bir mayor və iki polkovnik var.

Associated Press” isə Müzəffərabadda 22 hərbçi üçün kütləvi vida mərasimi keçirildiyini bildirib. Agentliyin məlumatına əsasən, xilasedicilər qəza yerindən bütün cəsədləri çıxarıblar və sağ qalan olmayıb.

Pakistan ordusunun media qanadı ISPR-in məlumatına görə, qəzanın dəqiq texniki səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma komissiyası yaradılıb