Norveç millisi DÇ-yə 300 kq balıq aparır

Norveç millisi DÇ-2026 üçün ABŞ-a yüzlərlə kiloqram Norveç məhsulu aparacaq. Komandanın menyusuna 300 kq qırmızı balıq, 116 kq brunost pendiri və 6000 portağal daxil edilib.

117

Norveç millisi DÇ-2026-da futbolçuların meydandakı performansı qədər gündəlik qidalanmasına da xüsusi diqqət ayırır.

MSNews.az-ın “VG” nəşrinə istinadən məlumatına görə, Norveç yığmasının aşpaz heyəti ABŞ-da keçiriləcək dünya çempionatı üçün böyük ərzaq planı hazırlayıb. Komanda turnirə azı 300 kiloqram qırmızı balıq, 116 kiloqram brunost — ənənəvi Norveç qəhvəyi pendiri və 6000 portağal aparmağı planlaşdırır.

Norveç millisinin menyusu üzərində Aron Espeland, Eirik Tufte və Kristian Karlsson çalışacaq. “VG” yazır ki, milli komanda DÇ öncəsi Norveçin aşpazlar yığmasından mütəxəssislər cəlb edib. Espeland 2020-ci ildə Norveç aşpazlar yığması ilə Olimpiya qızılı qazanıb və Erlinq Holandın böyüdüyü Brün şəhərində yetişib.

Aşpazların sözlərinə görə, əsas məqsəd futbolçulara ABŞ-da da alışdıqları dadlara və yüksəkkeyfiyyətli Norveç məhsullarına yaxın menyu təqdim etməkdir. Espeland bildirib ki, həlledici turnirdə Norveç məhsullarını təqdim etmək həm peşəkar, həm də milli qürur məsələsidir.

Komandanın qida planında balıq xüsusi yer tutur. Aşpazlar dəqiq miqdarın turnirin gedişindən asılı olacağını desələr də, ən azı 300 kiloqram qırmızı balığın istifadə olunacağını bildiriblər. Eyni zamanda, İsveçin “Aftonbladet” nəşri VG-yə istinadən yazır ki, ümumi balıq tədarükü daha böyük həcmdə ola bilər.

6000 portağal isə futbolçular üçün hər gün təzə sıxılmış şirə hazırlanmasına sərf ediləcək. “VG”nin hesablamasına görə, bu portağallar gündə təxminən 15 litr təzə şirə üçün nəzərdə tutulub. Bundan başqa, komanda ABŞ-a şirəçəkənlər və digər mətbəx avadanlıqları da göndərəcək.

Norveç millisinin menyusunda gündə dörd dəfə bufet sistemi planlaşdırılır. Futbolçular hər gün kartof, makaron və düyü arasında seçim edə biləcəklər. Axşam yeməklərində isə balıq və toyuqla yanaşı, tako və böyük ət porsiyaları da olacaq.

Norveç millisi 1998-ci ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edəcək. Norveç Futbol Federasiyasının təqviminə əsasən, komanda qrup mərhələsində İraq, Seneqal və Fransa ilə qarşılaşacaq.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.