Nauru adını dəyişdi

Sakit okean ada dövləti Nauru tarixi adı olan Naoeroya qayıdıb. Ölkə eyni zamanda Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlətlər” kimi tanımaq barədə 2009-cu il qərarlarını ləğv edib.

13

Sakit okeanda yerləşən Nauru dövləti rəsmi adını dəyişərək Naoero Respublikası adlandırılıb və Abxaziya ilə Cənubi Osetiyanı “müstəqil dövlətlər” kimi tanımaq barədə əvvəlki qərarlarını geri götürüb.

MSNews.az xəbər verir ki, ölkə parlamenti ad dəyişikliyinə imkan verən konstitusiya düzəlişini may ayında qəbul edib. Prezident David Adeanq məsələ ilə bağlı əvvəlcə nəzərdə tutulan referendumun keçirilməyəcəyini açıqlayıb. O bildirib ki, Naoero yeni ad deyil, yerli əhalinin istifadə etdiyi tarixi addır və ölkənin gerbində də yer alır.

Bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin qısa adı bundan sonra Naoero, vətəndaşlarının adı isə dei-Naoero olacaq. Hökumət ad dəyişikliyi barədə beynəlxalq təşkilatlara və xarici dövlətlərə rəsmi bildirişlərin göndərilməsinə başladığını açıqlayıb. Prezident qərarın siyasi deyil, milli kimliyin və mədəni irsin qorunmasına yönəlmiş addım olduğunu bildirib.

Naoero hökuməti iyulun 21-də Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlərin dayandırılması barədə qərar qəbul edib. İyulun 30-da yayılan açıqlamada 2009-cu ildə həmin bölgələrin “müstəqilliyinin” tanınması ilə bağlı qərarların da ləğv edildiyi və diplomatik əlaqələrin dərhal dayandırıldığı təsdiqlənib. Bu barədə “Civil Georgia” yazıb.

Naoero 2009-cu ilin dekabrında Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanımışdı. Yeni qərardan sonra bu iki bölgəni BMT üzvləri arasında yalnız Rusiya, Venesuela, Nikaraqua və Suriya tanımaqda davam edir. Beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti isə Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış əraziləri hesab edir.

Gürcüstan Xarici İşlər Nazirliyi qərarı alqışlayaraq bunun beynəlxalq hüquq normalarına hörmətin göstəricisi olduğunu bildirib. Tbilisi Naoero ilə diplomatik münasibətlər qurmağa və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu açıqlayıb.

Abxaziyanın de-fakto Xarici İşlər Nazirliyi isə qərarı təəssüflə qarşıladığını bildirib. Qurum bunu “uzunmüddətli və sistemli xarici təzyiqin” nəticəsi kimi qiymətləndirib. Lakin bu iddianı təsdiqləyən müstəqil sübut təqdim edilməyib. Açıqlamanı “Abkhaz World” yayıb.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Xəbər lenti