Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirilən genişmiqyaslı toplu açılış mərasimində bir ata və onun qızına 200 TL – bizim pulla 7.84 AZN cibxərcliyi verdiyi anların kameraya düşməsi sosial mediada geniş müzakirələrə səbəb olub.
Toplu açılış mərasimi çərçivəsində keçirilən “Ev Sahibi Türkiyə” proqramı üzrə 6973 mənzil üçün püşkatma, 1482 mənzilin açarlarının təqdimatı, Şəhər Xəstəxanasının və digər investisiya layihələrinin açılışı tədbirində Prezident Ərdoğan səhnəyə dəvət olunan valideynlər və uşaqlarla görüş zamanı əvvəlcə azyaşlı qıza, daha sonra onun əlini öpən atasına 200 türk lirəsi cibxərcliyi verib.
Bu anlar ictimaiyyət arasında müxtəlif reaksiyalar doğurub və sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib.