Mourinyo yenidən “Real”ın baş məşqçisi oldu

Joze Mourinyo “Real Madrid”in baş məşqçisi təyin olunub. Portuqaliyalı mütəxəssis klubla 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb və iyulun 13-də komandaya qoşulacaq.

87

Joze Mourinyo 13 ildən sonra yenidən “Real Madrid”in baş məşqçisi vəzifəsinə qayıdıb.

MSNews.az xəbər verir ki, Real Madrid rəsmi saytında portuqaliyalı mütəxəssisin əsas komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. Klubun məlumatına görə, Mourinyo ilə üç mövsümlük müqavilə imzalanıb və anlaşma 2029-cu il iyunun 30-dək qüvvədə olacaq.

“Real Madrid” bildirib ki, 63 yaşlı mütəxəssis komandaya iyulun 13-də, mövsümöncəsi hazırlığın başladığı gün qoşulacaq.

Reuters”in məlumatına görə, Mourinyonun “Benfika”dan ayrılması üçün Madrid klubu 15 milyon avro ödəyib. Portuqaliya klubu isə Mourinyonun gedişindən sonra Marku Silvanı baş məşqçi təyin edib.

Bundan əvvəl “Reuters” “Real Madrid”in Alvaro Arbeloa ilə qarşılıqlı razılıq əsasında yollarını ayırdığını yazmışdı. Arbeloa yanvar ayında Xabi Alonsonun gedişindən sonra komandanın baş məşqçisi təyin olunmuşdu.

Qeyd edək ki, Mourinyo daha əvvəl 2010–2013-cü illərdə də “Real Madrid”i çalışdırıb. O, həmin dövrdə komanda ilə La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.