Moskvada generala sui‑qəsd: ağır yaralanıb, xəstəxanaya yerləşdirilib

Moskva şəhərində general-leytenant Vladimir Alekseyevə qarşı sui‑qəsd cəhdi törədilib. O, ağır yaralanaraq xəstəxanaya aparılıb, istintaq davam edir.

31

Rusiya Federasiyasında yüksək rütbəli hərbi kadr olan general-leytenant Vladimir Alekseyev Moskva şəhərində silahlı hücuma məruz qalaraq ağır yaralanıb və xəstəxanaya yerləşdirilib, yerli hüquq‑mühafizə orqanları məlumat verib.

Hadisə Volokolamsk şossesində qeydə alınıb. Təhlükəsizlik kameralarının qeyd etdiyi görüntülərə görə, naməlum şəxs Alekseyevin ardınca bir neçə dəfə atəş açıb və daha sonra hadisə yerindən qaçıb. Hərbi istintaq qrupu hücumla bağlı araşdırma aparır və şübhəlini müəyyənləşdirmək üçün əməliyyatlar həyata keçirilir.

Alekseyev Rusiyanın Müdafiə Nazirliyinə tabe olan Hərbi Kəşfiyyat İdarəsinin (QRU) birinci müavini kimi xidmət edir və 2011‑ci ildən bu vəzifədədir. Onun vəziyyəti ilə bağlı rəsmi səhiyyə məlumatı hələ açıqlanmayıb.

Rusiya media orqanları bu hücumun sui‑qəsd cəhdi kimi qiymətləndirildiyini, istintaqın davam etdiyini və məsələ ilə bağlı əlavə açıqlamaların gələcəyini bildirirlər.

Rusiya nəşrləri Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi – QRU-nun sədr müavini, general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsdin detalları barədə yazır.

“Agentstvo” bildirir ki, general gücləndirilmiş mühafizəsi olmayan bir binada yaşayırmış. Son bir il ərzində Moskva regionunda yüksək rütbəli daha üç rus generalına qarşı hücumlar baş versə də, əlavə təhlükəsizlik tədbirləri görülməyib. Digər sui-qəsdlərdən fərqli olaraq, bu hadisənin əsas cəhəti Alekseyevin məlumat sızıntılarında yer almayan bir mənzildə yaşaması olub.

Rusiya xüsusi xidmət orqanlarına yaxın “VÇK-OGPU” teleqram-kanalının mənbəsinin sözlərinə görə, killer binanın girişinə daxil olaraq Vladimir Alekseyevi ailəsi ilə birlikdə yaşadığı 24-cü mərtəbədə pusquda gözləyib. Qonşuların dediyinə görə, bir çox sakin onun hərbi rəhbər olduğunu bilmirmiş – ümumi bina çatında əvvəlcə belə yazırmışlar: “uşaqlı adi bir ailə”.

Yaşayış kompleksinin sakinləri bildiriblər ki, hadisədən bir gün əvvəl binada yanğın siqnalizasiya sistemi işləyib və liftlər düzgün fəaliyyət göstərməyib. Sakinlərin sözlərinə görə, yanğın pilləkəni isə “keçid həyəti”nə çevrilib, orada evsizlər gecələyirmiş. Görünür, killer də məhz, bu keçiddən istifadə edib, çünki liftlərdə videomüşahidə kameraları mövcuddur.

Bundan əlavə, mərtəbələrdə kameralar işləmir – bina çatında qonşular yazırdılar ki, idarəedici şirkət onları yeni ildən sonra təmir edəcəyinə söz versə də, bunu etməyib. Giriş və küçə kameralarındakı videoların keyfiyyəti isə olduqca zəifdir. Yerli sakinin dediyinə görə, o, girişdə və yaxınlıqdakı “Magnit” mağazasında hüquq-mühafizə orqanları əməkdaşlarının “normal kameraların və videoyazıların olmadığını” müzakirə etdiyini eşidib.

Generalın pilləkən üzrə qonşusu Yuliya danışıb ki, səhər tezdən atəş səslərini və “Kömək edin!” qışqırıqlarını eşidib. O, mənzildən çıxaraq Alekseyevin döşəmədə qan içində uzandığını görüb, qonşu qadın isə – ehtimal ki, hərbi rəhbərin həyat yoldaşı – qışqırırmış: “Təcili yardım çağırın, güllə yarasıdır!”