MKİ kubalılara gizli əməkdaşlıq çağırışı etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kubada siyasi dəyişiklik istəyən vətəndaşları gizli əməkdaşlığa çağırıb. Dövlət katibi Marko Rubio da bu təşəbbüsü dəstəkləyib.

50

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kubada siyasi dəyişikliklər istəyən vətəndaşlara müraciət edərək onları qurumla gizli əməkdaşlığa çağırıb. Kəşfiyyat orqanı ispan dilində xüsusi video və məlumatlandırıcı material yayımlayaraq kubalıları ölkələrinin gələcəyinə təsir göstərə biləcək məlumatları paylaşmağa dəvət edib.

MSNews.az xəbər verir ki, MKİ-nin çağırışı ABŞ Dövlət katibi Marko Rubionun oktyabrın 23-də səsləndirdiyi oxşar müraciətdən sonra yayılıb. Bu barədə “Reuters” və “AFP” məlumat yayıb.

ABŞ kəşfiyyatının yaydığı müraciətdə Kubadakı mövcud siyasi və iqtisadi vəziyyət tənqid olunub. Ölkədə korrupsiya, yerinə yetirilməyən vədlər və müəyyən təbəqələrin imtiyazlı həyat tərzi ilə bağlı narazılıqlara diqqət çəkilib.

“Kubada müsbət dəyişikliklər yaratmaq istəyənlərə səslənirik: İndi sizin vaxtınızdır”, – deyə müraciətdə bildirilib.

MKİ kubalıları ABŞ kəşfiyyatı ilə məxfi əməkdaşlıq vasitəsilə arzuladıqları dəyişikliklərə töhfə verməyə çağırıb.

Kəşfiyyat idarəsi bununla kifayətlənməyərək ispan dilində video və xüsusi təlimat materialları da yayımlayıb. Materiallarda qurumla əlaqə yaratmaq istəyən şəxslərə məlumatların məxfiliyinin qorunması ilə bağlı tövsiyələr verilib.

Marko Rubio da kubalılara müraciət edib

ABŞ Dövlət katibi Marko Rubio sosial şəbəkədə paylaşım edərək MKİ ilə əməkdaşlıq çağırışını dəstəkləyib.

Rubio Kubadakı siyasi sistemin dəyişdirilməsinin vacibliyini vurğulayaraq ölkə vətəndaşlarını mövcud fürsətdən istifadə etməyə səsləyib.

Bu açıqlamalar Vaşinqtonun Havana üzərində siyasi və iqtisadi təzyiqlərini artırdığı dövrə təsadüf edir.

ABŞ Prezidenti Donald Tramp da oktyabrın 23-də Floridada çıxışı zamanı Kuba ilə bağlı yeni addımların atılacağına işarə edib.

Tramp ABŞ-nin İranla bağlı fəaliyyətlərindən sonra Kuba məsələsinə diqqət yetirəcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton Havana ilə bağlı planlarını həyata keçirmək niyyətindədir.

Kuba hökuməti isə ABŞ-nin bu çağırışlarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

Kubanın xarici işlər naziri Bruno Rodriqes Vaşinqtonun təhdidlərini rədd edərək ölkəsinin xarici təzyiqlərə boyun əyməyəcəyini bildirib.

Müşahidəçilər ABŞ kəşfiyyatının açıq şəkildə Kuba vətəndaşlarına müraciət etməsini iki ölkə arasında münasibətlərin gərginləşdiyinin daha bir göstəricisi kimi dəyərləndirirlər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.