Rusiya bombardmançı təyyarələri Norveçə daxil oldu

Rusiya Müdafiə Nazirliyi Tu-95MS strateji bombardmançı təyyarələrinin Barens və Norveç dənizləri üzərində planlı uçuşlar etdiyini açıqlayıb.

187

Rusiya Müdafiə Nazirliyi strateji bombardmançı təyyarələrin Barens və Norveç dənizləri üzərində planlı uçuşlar həyata keçirdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, uçuşlar beynəlxalq hava məkanında baş tutub.

Bildirilib ki, Tu-95MS tipli strateji bombardmançı təyyarələri Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarələrinin müşayiəti ilə havaya qalxıb. Uçuş marşrutunun müəyyən mərhələlərində bombardmançılara Rusiya istehsalı olan Su-33 tipli qırıcılar da qoşulub.

Açıqlamada həmçinin qeyd olunub ki, marşrutun bəzi hissələrində Rusiya təyyarələrini xarici ölkələrə məxsus döyüş təyyarələri müşayiət edib. Rusiya tərəfi uçuşların əvvəlcədən planlaşdırıldığını və beynəlxalq qaydalara uyğun şəkildə icra edildiyini vurğulayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930