Mitsotakis: “Türkiyə ilə yanaşı yaşamağa məhkumuq”

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT Baş Assambleyasında Türkiyə ilə münasibətlərin beynəlxalq hüquq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməli olduğunu bildirib.

13

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə münasibətləri “tarixin ağırlığını daşıyan həssas münasibət” adlandıraraq, Afina və Ankaranın dialoqu beynəlxalq hüquq və mehriban qonşuluq prinsipləri əsasında davam etdirməli olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Mitsotakis bu fikirləri BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

Yunanıstanın Baş naziri son üç ildə Ankara ilə münasibətlərdə gərginliyin azaldılması, qarşılıqlı etimadın bərpası və kommunikasiya kanallarının açıq saxlanılması istiqamətində səylər göstərildiyini deyib.

“Bu, həssas münasibətdir. Tarixin ağırlığını daşıyan bir münasibətdir. Daha geniş regional çağırışları nəzərə alsaq, bundan sonra necə irəliləyəcəyimizlə bağlı ortaq anlaşmaya təcili ehtiyac var”, – Mitsotakis bildirib.

O, Türkiyə və Yunanıstanın coğrafi reallıqlar səbəbindən əməkdaşlıq etməli olduğunu vurğulayıb:

“Dəfələrlə dediyim kimi, coğrafiyamızı dəyişə bilmərik. Biz yanaşı yaşamağa məhkumuq”.

“Cyprus Mail”in məlumatına görə, Mitsotakis Egey və Şərqi Aralıq dənizindəki əsas fikir ayrılığı kimi kontinental şelf və müstəsna iqtisadi zonaların delimitasiyasını göstərib. O, BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasını (UNCLOS) bu məsələnin həlli üçün yeganə institusional çərçivə adlandırıb.

Mitsotakis eyni zamanda bildirib ki, substantiv dialoq beynəlxalq hüquq qaydalarına zidd hesab etdiyi birtərəfli addımlar və müharibə təhdidləri ilə yanaşı davam edə bilməz.

Qeyd edək ki, bu, Afinanın rəsmi mövqeyidir. Türkiyə UNCLOS-un iştirakçısı deyil və Ankara Yunanıstanla fikir ayrılıqlarının yalnız kontinental şelf və iqtisadi zonaların delimitasiyası ilə məhdudlaşmadığını bildirir. Türkiyə Xarici İşlər Nazirliyi Egey dənizində ərazi suları, hava məkanı, bəzi adaların statusu və digər məsələlərin də mübahisəli olduğunu bəyan edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti