“Mançester Yunayted” azarkeşindən qeyri-adi etiraz: Hər gün açıq-saçıq foto paylaşacaq

“Mançester Yunayted” azarkeşi və OnlyFans modeli Skaylar Skay baş məşqçi Maykl Kerrik istefaya göndərilənədək hər gün açıq-saçıq fotolar paylaşacağını açıqlayıb. Klub isə məşqçini hələlik istefaya göndərməyi planlaşdırmır.

60

İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşi və OnlyFans modeli Skaylar Skay komandanın uğursuz nəticələrinə etiraz olaraq qeyri-adi kampaniyaya başlayıb. O, baş məşqçi Maykl Kerrik vəzifəsindən uzaqlaşdırılana qədər hər gün sinəsini nümayiş etdirən fotolar paylaşacağını açıqlayıb.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb. Model oktyabrın 21-də X sosial şəbəkəsində paylaşım edərək kampaniyaya başladığını elan edib.

Skaylar Skayın təşəbbüsü sosial şəbəkələrdə maraqlı reaksiyalara səbəb olub. Bəzi azarkeşlər zarafatla Kerrikin mümkün qədər uzun müddət baş məşqçi qalmasını istədiklərini bildiriblər.

Bu arada komandanın uğursuz çıxışı davam edir. “Mançester Yunayted” son doqquz qarşılaşmada qələbə qazana bilməyib və “Çelsi”yə 0:2 hesablı məğlubiyyətdən sonra İngiltərə Premyer Liqasında 17-ci pilləyə geriləyib.

“talkSPORT”jurnalisti Aleks Krukun məlumatına görə, klub rəhbərliyi Kerriki ən azı noyabrdakı milli komandaların oyunları ilə əlaqədar fasiləyədək vəzifəsində saxlamağı planlaşdırır.

Britaniyanın “The Guardian” nəşri də Kerrikin Çempionlar Liqasında “Roma” ilə qarşılaşmada komandaya rəhbərlik edəcəyini yazıb. Baş məşqçinin gələcəyi ilə bağlı qərarın beynəlxalq fasilə zamanı yenidən nəzərdən keçirilməsi gözlənilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.