“Atletiko” Qrimaldonun transferi üçün razılığa gəldi

“Atletiko Madrid”in “Bayer Leverkuzen”dən Aleks Qrimaldonu transfer etmək üçün razılıq əldə etdiyi bildirilir. Keçidin dəyərinin bonuslarla birlikdə 20 milyon avrodan çox olacağı gözlənilir.

14

“Atletiko Madrid”in “Bayer Leverkuzen”in ispaniyalı müdafiəçisi Aleks Qrimaldonu transfer etməyə yaxın olduğu bildirilir.

MSNews.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romano tərəflər arasında şifahi razılıq əldə olunduğunu yazıb. Onun məlumatına görə, Madrid klubu transfer üçün “Bayer Leverkuzen”ə bonuslar daxil olmaqla 20 milyon avrodan çox məbləğ ödəyəcək.

İspaniyanın “AS” nəşri də klublar arasında razılaşmanın əldə edildiyini, ümumi məbləğin bonuslarla 25 milyon avroya qədər yüksələ biləcəyini yazıb. Bununla belə, transfer hələ klublar tərəfindən rəsmi şəkildə açıqlanmayıb.

Cadena SER”in məlumatına görə, Qrimaldo “Atletiko” ilə danışıqların aparıldığını təsdiqləyib, lakin “hələ rəsmi heç nə yoxdur” deyə bildirib. Futbolçu Madrid klubunu bəyəndiyini və yaxın günlərdə vəziyyətin aydınlaşacağını qeyd edib.

30 yaşlı sol cinah müdafiəçisi “Barselona” akademiyasının yetirməsidir. Qrimaldo 2023-cü ildə “Benfika”dan “Bayer Leverkuzen”ə keçib və Almaniya klubunda uğurlu çıxışı ilə diqqət çəkib. “beIN SPORTS” yazır ki, futbolçunun Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.