Maçado Venesuelaya qayıdır

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkəsinə qayıdaraq yeni prezident seçkilərinin keçirilməsinə nail olmağı planlaşdırır. Onun qərarı Tramp administrasiyasının bəzi rəsmilərinin etirazı ilə üzləşib.

84

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Panamada mühacirətdə olduğu müddətdən sonra ölkəsinə qayıtmağa və yeni prezident seçkilərinin keçirilməsinə nail olmağa hazırlaşır. Onun bu qərarı ABŞ Prezidenti Donald Tramp administrasiyasının bəzi rəsmilərinin narahatlığına baxmayaraq verilib.

MSNews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”  nəşri məlumat yayıb. ABŞ administrasiyasındakı bəzi rəsmilər Maçadonun Venesuelaya dönüşünün Vaşinqtonun dəstəklədiyi müvəqqəti hökumətlə münasibətləri gərginləşdirə və ölkədə siyasi keçid prosesini çətinləşdirə biləcəyindən ehtiyat edirlər.

“Mən prosesi xaricdən idarə edə bilmərəm. Artıq vətənə qayıtmaq vaxtıdır”, – deyə Maçado bildirib.

Müxalifət lideri Venesuelanın müxtəlif bölgələrinə səfər etməyi, siyasi hərəkatını yenidən təşkilatlandırmağı və iştirak etmək niyyətində olduğu prezident seçkilərinə hazırlaşmağı planlaşdırır. Onun əsas məqsədlərindən biri ölkədə siyasi keçid prosesində müxalifətin iştirakını təmin etməkdir.

Maçadonun ölkəyə dönüşünün dəqiq tarixi hələ müəyyənləşməyib. Bununla belə, o, Venesuelaya quru, dəniz və ya hava yolu ilə qayıtmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, 2026-cı ilin yanvarında Nikolas Maduronun ABŞ tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelada müvəqqəti prezident vəzifəsini Delsi Rodriqes icra edir. Tramp administrasiyası hazırda onun rəhbərlik etdiyi hökumətlə əməkdaşlığı davam etdirir. Maçadonun siyasi hərəkatı isə ABŞ-nin dəstəklədiyi mövcud keçid danışıqlarında iştirak etmir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.