London dünyaya xəbərdarlıq edir: Dünya yenidən 1930-cu illərin qaranlığına doğru sürüklənir

Londondan gələn xəbərdarlıqlara görə Ukrayna münaqişəsi Balkanlara sıçraya və qlobal gərginliyi artıra bilər. "Chatham House"-un %30-lik risk proqnozu və geopolitik analiz.

105

London xəbərdarlıq edir: “Dünya 1930-cu illərin qaranlıq dəhlizlərinə doğru geri dönür…” İngiltərədən gələn ardıcıl bəyanatlar və manşetlər bir nöqtəni göstərir: Balkanları. Ukrayna cəbhəsində döyüşüb evlərinə qayıdan serb millətçiləri, çantalarında qorxunc planlarla gəldikləri iddia olunur. Putinin “vəkil qüvvələri” 100 illik hesabları yenidən açmağa hazırlaşarkən, Londondan dünyanı silkələyən o xəbərdarlıq gəldi: “Bu, yalnız başlanğıcdır!”

1990-cı illərin unudulan xəbərdarlığı bu gün gerçəyə çevrilir?

İngiltərənin keçmiş müdafiə naziri Qrant Şapps 2024-cü ildə “SKY News” kanalına verdiyi müsahibədə belə demişdi:

“Putin dayanmayacaq. Ukrayna yalnız bir dayanacaqdır. Moldova, Baltik ölkələri və Balkanlar növbədədir. Bu gün onu durdurmasaq, sabah 3-cü Dünya Müharibəsinin ortasında oyana bilərik!”

Bu, bir konspirasiya nəzəriyyəsi deyil; Londonda formalaşmış soyuq dövlət strategiyasıdır. Bəs niyə indi? Niyə yenidən Balkanlar?

“Saatlı bombalar” Ukrayna cəbhəsindən qayıdır

İngilis mediasının aparıcı nəşrlərindən “The Telegraphun” 14 dekabr 2025 tarixli məlumatına görə, Ukrayna cəbhəsində rus ordusu sıralarında döyüşmüş yüzlərlə serb millətçisi təsadüfi şəkildə geri dönmür – onlar Bosniya-Herseqovina və Kosovoda “Böyük Serbiya” ideyasını canlandırmaq niyyətindədirlər. Sosial media təhlillərinə əsasən, Dario Ristiç kimi şəxslər yaralarına “şərəf medalı” kimi baxır və Balkan gənclərini yüksək rus maaşları ilə öz tərəflərinə çəkməyə çalışırlar.

Ekspertlər bu strategiyanı Rusiyanın hibrid taktikası kimi qiymətləndirir və əsas məqsədin Qərbin diqqətini Ukraynadan yayındırıb Avropanın “yumşaq qarın”ı — Balkanlarda yeni bir münaqişə yaratmaq olduğunu bildirirlər.

Ukrayna münaqişəsinin Balkanlara yayılma riski %30-dir

Birləşmiş Krallıq mərkəzli nüfuzlu beynəlxalq tədqiqat mərkəzi Chatham House (Royal Institute of International Affairs) bu münaqişənin Balkanlara yayılma ehtimalını təxminən 30% olaraq qiymətləndirir. Bu rəqəm səsləndikdə bir çoxları üçün o, yalnız statistika deyil — 1914-cü ildə Sarayevoda tək bir hadisənin necə dünya müharibəsinə yol açdığını xatırladan real bir xəbərdarlıqdır. NATO Baş katibi Stoltenberq də 2026-cı il zirvəsində müdafiə xərclərinin artırılması planlarını irəli sürüb.

Hibrid müharibə, yoxsa yeni dünya müharibəsi?

Hazırda qarşıda tank və təyyarələrdən daha təhlükəli bir şey dayanır: inanc və intiqam hissi. Rusiyanın serb millətçiliyini bir manivela kimi istifadə etməsi, Avropanın mərkəzində yeni bir qarşısıalınmaz cəbhə qurmaq niyyətini ortaya qoyur. İngiltərə isə “1930-ları təkrarlayırıq!” deyərək diqqətləri Moskvanın üzərinə çəkməyə çalışır.

Tarix təkrarlanırmı, yoxsa bu dəfə mümkün qarşıdurma başlamazdan öncə qarşısı alınacaqmı? Bu sual dünya siyasət meydanında ağır bir rezonans doğurur.