LEGO futbol ulduzları ilə yeni kolleksiya təqdim edəcək

LEGO 2026-cı il Dünya Çempionatı öncəsi Messi, Ronaldo, Mbappe və Vinisius Juniora həsr olunmuş yeni futbol kolleksiyası təqdim edəcək.

47

Danimarkanın məşhur oyuncaq istehsalçısı LEGO idman bazarındakı genişlənməsini bu dəfə futbol dünyası ilə davam etdirir. Şirkət 2026-cı il Dünya Çempionatı ərəfəsində Vinisius Junior, Kilian Mbappe, Lionel Messi və Kriştiano Ronaldoya həsr olunmuş yeni dəstlər satışa çıxaracağını açıqlayıb.

Məlumata görə, ümumilikdə yeddi fərqli set hazırlanıb. Onlardan dördü hər futbolçunu simvolizə edən hərf formalı dizaynla təqdim olunacaq və 29 dollar qiymətinə satılacaq. Messi və Ronaldoya aid daha böyük nümayiş modellərinin qiyməti isə 79 dollar olacaq. Messi üçün əlavə olaraq onun məşhur qələbə pozasını əks etdirən 1427 hissədən ibarət 3D divar dekoru da hazırlanıb. Bu setin qiyməti 179 dollar müəyyənləşdirilib.

Layihə çərçivəsində hər futbolçunun mini fiquru da daha sərfəli dəstlərdə yer alacaq. Messi bildirib ki, LEGO oyunları da futbol kimi qurmaq, yenidən sınamaq, səhvlərdən öyrənmək və uğuru qeyd etmək üzərində qurulub. Vinisius Junior isə bu əməkdaşlığın yaradıcılıq və inklüzivlik mesajını gücləndirəcəyinə ümid etdiyini deyib.

LEGO artıq Dünya Çempionatı ilə bağlı böyük plan qurur. Şirkət mart ayında mundial kubokunun replikasını təqdim etmişdi. Bundan əvvəl isə motorsport sahəsində uğurlu layihələr həyata keçirmiş, ötən il Mayami Qran-prisi üçün işlək “Formula 1” maşınları hazırlamışdı.

Şirkətin marketinq və məhsul üzrə rəhbəri Culia Qoldin bildirib ki, Dünya Çempionatı ilə eyni vaxta təsadüf edəcək daha geniş futbol proqramı da nəzərdə tutulur. Bu proqram çərçivəsində azarkeş zonaları və müxtəlif təcrübə məkanları yaradılacaq.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.