Kanadadan Putinə sərt xəbərdarlıq: “Ukraynadan çıxın!”

Kanadanın Baş naziri Mark Karni Vladimir Putini Ukraynadan çıxmağa çağırıb və Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini bildirib. Karni Putinlə görüş planlaşdırmadığını açıqlayıb.

62

Kanadanın Baş naziri Mark Karni Rusiya Prezidenti Vladimir Putinə Ukraynadakı hərbi əməliyyatları dayandırmaq çağırışı edib və Moskvaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini açıqlayıb. O, Putinlə görüşmək niyyətində olmadığını bildirib.

MSNews.az xəbər verir ki, Karni bu barədə “POLITICO” nəşrinə müsahibəsində danışıb. Baş nazirdən Çində keçiriləcək APEC sammiti çərçivəsində Rusiya lideri ilə görüşməyi planlaşdırıb-planlaşdırmadığı soruşulub.

Karni suala mənfi cavab verərək Putinə çatdırmaq istədiyi mesajı açıqlayıb:

“Sanksiyaları daha da sərtləşdirəcəyik. Ukraynadan çıxın. Hərbi cinayətlər törətməyi dayandırın”.

Kanada hökumətinin başçısı bununla da Ottavanın Rusiyaya qarşı təzyiqləri davam etdirmək və Ukraynanı dəstəkləmək niyyətini vurğulayıb.

“Bloomberg” agentliyinin məlumatına görə, Karni ABŞ-nin Rusiyaya qarşı sanksiyalar və Ukraynaya müdafiə dəstəyi məsələsindəki qeyri-ardıcıl siyasətini də tənqid edib. O, Vaşinqtonun bu yanaşmasının müharibənin dayandırılması istiqamətində səylərə kömək etmədiyini bildirib.

Qeyd edək ki, Karni sentyabrın 3-də də Putinlə mümkün görüş zamanı ondan Ukraynanın işğal olunmuş ərazilərini geri qaytarmağı tələb edəcəyini açıqlamışdı. Kanadanın “The Canadian Press” agentliyi xatırladır ki, ölkənin sabiq Baş naziri Stiven Harper də 2014-cü ildə G20 sammitində Putinə oxşar çağırış etmişdi.

Hazırda Karni ilə Putin arasında görüş barədə hər hansı razılaşma yoxdur. Kanada rəhbərliyi isə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini gündəmdə saxlayır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.