Amerikalı atlet Ja’Kobe Tarp 110 metr maneəli qaçışda tarixi nəticəyə imza atıb.
MSNews.az xəbər verir ki, “NCAA”nın rəsmi nəticələrinə əsasən, “Auburn” Universitetini təmsil edən 20 yaşlı idmançı “NCAA Outdoor Championships” yarışında məsafəni 12,75 saniyəyə qaçıb. Nəticə +1,0 m/s qanuni külək göstəricisi ilə qeydə alınıb.
Bu göstərici 110 metr maneəli qaçışda yeni dünya rekordu kimi təqdim olunub. “World Athletics”ın məlumatına görə, əvvəlki rekord 2012-ci ildə 12,80 saniyə nəticə göstərən amerikalı Aries Merrittə məxsus idi. Tarp həmin rekordu 0,05 saniyə yaxşılaşdırıb.
“NCAA” yazır ki, Tarp eyni zamanda Qrant Holloveyin 2019-cu ildən qüvvədə olan 12,98 saniyəlik kollec rekordunu da yeniləyib.
Yarış ABŞ-ın Oreqon ştatının Yucin şəhərində yerləşən “Hayward Field” stadionunda keçirilib. Tarp bu nəticəni təsnifat mərhələsində göstərərək finala vəsiqə qazanıb.
Bu göstərici atletika dünyasında böyük rezonans doğurub, çünki 110 metr maneəli qaçışda 12,80 saniyə səddinin keçilməsi uzun illər mümkün olmamışdı.