İspaniya Fransanı məğlub edərək DÇ finalına yüksəlib

İspaniya 2026-cı il dünya çempionatının yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edib. Qolları Mikel Oyarzabal və Pedro Porro vurublar.

9

MSNews.az xəbər verir ki, qarşılaşma ABŞ-nin Texas ştatının Arlinqton şəhərindəki Dallas stadionunda keçirilib.

Hesab 22-ci dəqiqədə açılıb. Fransa müdafiəçisi Lüka Din cərimə meydançasında Lamin Yamala qarşı qaydanı pozub. Təyin olunan penaltini Mikel Oyarzabal dəqiq yerinə yetirərək turnirdəki beşinci qolunu vurub.

İspaniya ikinci hissədə üstünlüyünü artırıb. Pedro Porro 58-ci dəqiqədə Dani Olmo ilə qurduğu kombinasiyanı dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:0 edib.

Üç dəqiqə sonra Lamin Yamal da topu Fransa millisinin qapısından keçirib, lakin qol oyundankənar vəziyyətə görə qeydə alınmayıb. Fransa qalan vaxt ərzində hücumlarını gücləndirsə də, İspaniya qapıçısı Unai Simon və müdafiə xətti hesabın dəyişməsinə imkan verməyib.

Beləliklə, İspaniya 2010-cu ildə dünya çempionu olduqdan sonra ilk dəfə mundialın finalına vəsiqə qazanıb. Fransa isə ardıcıl üçüncü dünya çempionatının finalında iştirak etmək imkanını itirib.

İspaniyanın finaldakı rəqibi İngiltərə–Argentina yarımfinalının qalibi olacaq. Həlledici qarşılaşma iyulun 19-da keçiriləcək.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031