Vaşinqtonda İsrail-Livan danışıqlarının yeni raundu başlayıb

Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında danışıqların növbəti mərhələsi başlayıb. Görüş Livanın cənubunda hərbi gərginliyin artması, ABŞ-ın deeskalasiya səyləri və İranla danışıqlar ətrafında qeyri-müəyyənlik fonunda keçirilir.

İsrail Livanın cənubu üçün üç zonalı plan təklif edib

"LBC"-nin məlumatına görə, İsrail Livanın cənubu üçün Ron Dermerin hazırladığı üç zonalı təhlükəsizlik planını danışıqlarda gündəmə gətirib.