İsrail Livanın cənubu üçün üç zonalı plan təklif edib

"LBC"-nin məlumatına görə, İsrail Livanın cənubu üçün Ron Dermerin hazırladığı üç zonalı təhlükəsizlik planını danışıqlarda gündəmə gətirib.

264

Livanın “LBC” telekanalının məlumatına görə, İsrailin Livanla aparılan danışıqlarda təqdim etdiyi təkliflər Ron Dermerin hazırladığı üç zonalı plana əsaslanır.

Məlumata əsasən, plan Livanın cənubunda sərhəddən “sarı xətt”ədək uzanan ilk zonada İsrail ordusunun uzunmüddətli mövcudluğunu, “sarı xətt”lə Litani çayı arasındakı ikinci zonada mərhələli hərbi əməliyyatları, Litani çayının şimalındakı üçüncü zonada isə təhlükəsizlik məsuliyyətinin Livan ordusuna verilməsini nəzərdə tutur.

“Reuters” və digər beynəlxalq media yazır ki, Vaşinqtonda başlayan birbaşa İsrail-Livan danışıqlarında İsrail əsasən “Hizbullah”ın tərksilahını, Livan isə ilk növbədə atəşkəsi və hərbi əməliyyatların dayandırılmasını tələb edir. İsrail müdafiə xəttində Litani çayına qədər təhlükəsizlik zonasını qorumaq ideyası da ayrıca beynəlxalq mediada qeyd olunub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.