Ərdoğanın yenidən prezident olması üçün erkən seçki planı
Türkiyədə Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə yenidən prezidentliyə namizəd olması üçün seçkilərin vaxtından əvvəl keçirilməsi müzakirə edilir. Bunun üçün parlamentdə 360 deputatın dəstəyi tələb olunur.
Mehmet Uçum: “Ərdoğan 2028-ci ildə son dəfə namizəd olacaq”
Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum Rəcəb Tayyib Ərdoğanın 2028-ci il prezident seçkilərində son dəfə namizəd olacağını bildirib. O, seçkilərin aprelin 16-da keçirilməsi variantını da açıqlayıb.