Kim Çen In hərbi donanmanın gücləndirilməsi barədə göstəriş verdi
Şimali Koreya lideri Kim Çen In Nampxo gəmiqayırma zavoduna səfər edərək suüstü və sualtı hərbi qüvvələrin sürətlə gücləndirilməsinə çağırıb. O, yeni döyüş gəmisinin tikintisi ilə də tanış olub.
İsveçrə Şimali Koreyada diplomatik nümayəndəliyini yenidən açdı
İsveçrə Şimali Koreyanın paytaxtı Pxenyanda diplomatik nümayəndəliyinin fəaliyyətini bərpa edib. Xarici işlər naziri İnyatsio Kassis açılışda iştirak edərək iki ölkə arasında birbaşa siyasi dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıb.