Gənclər Fondu yeni qrant müsabiqəsi elan etdi
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə yeni qrant müsabiqəsi elan edib. Müraciətlər 22 iyun 2026-cı il saat 18:00-dək qəbul olunur.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti müasir Azərbaycan gəncliyinin dövlət quruculuğunda fəal rolunun müəyyən edilməsində həlledici amil olub
“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin müasir Azərbaycan gəncliyinin formalaşmasına təsirini, regionlarda gənclərin fəallığını və bu gün qarşıda duran yeni çağırışları dəyərləndirib.