“Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin gənclər təşkilatlarının inkişafına təsiri” mövzusunda “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova danışıb.
O bildirib ki, Ümummilli Liderin gənclərə yönəlik siyasəti Azərbaycanın gənc nəsilləri üçün həm təşəbbüskarlıq, həm də liderlik bacarıqlarının formalaşmasına şərait yaradıb: “Heydər Əliyev gənclərin yalnız təhsil almasını deyil, həm də ictimai həyatın fəal iştirakçıları olmasını prioritet hesab edirdi. Bu siyasət nəticəsində gənclər təşkilatları öz fəaliyyətlərini sistemli şəkildə qurmaq və inkişaf etdirmək imkanı qazandılar.”
Tükəzban Süleymanova həmçinin qeyd edib ki, Ulu Öndərin qoyduğu əsaslar gənclər təşkilatlarının institusional inkişafı üçün mühüm zəmin yaradıb: “Gənclər təşkilatları bu gün strateji düşüncə, idarəçilik bacarıqları və sosial layihələrin icrası sahəsində Ulu Öndərin ideyaları ilə formalaşır. Bu, onların həm yerli, həm də beynəlxalq layihələrdə uğur qazanmasına şərait yaradır.”
O yekunda bildirib ki, Heydər Əliyevin gənclər siyasəti yalnız keçmişin irsi deyil, bu gün də gənclər təşkilatlarının inkişafı üçün canlı və yönverici modeldir: “Ulu Öndərin gənclər siyasəti sayəsində gənclərimiz həm vətənpərvər, həm də müasir düşüncəli olaraq fəaliyyət göstərir. Bu, hər birimizin üzərinə düşən böyük məsuliyyətdir.”